Luxury Diamond Travel
Dünyanı kəşf et

Premium turizm xidməti

Səyahət məsləhəti

Səyahət planlayarkən bilməli olduğunuz 5 vacib məqam

By Luxury Diamond Travel | 12.03.2026

Hər il milyonlarla insan fərqli ölkələrə səyahət edir. Ancaq bu səyahətlərin bir hissəsi pis planlama ucbatından problem yaradır. Gəlin, uğurlu bir səyahət üçün bilməli olduğunuz 5 vacib məqama baxaq.

1. Vizanızı vaxtında alın

Bəzi ölkələrə viza prosesi uzun sürə bilər. Xüsusilə Şengen vizası, Amerika vizası kimi tez-tez görüşdüyümüz vizalar üçün 4-6 həftə əvvəlcədən müraciət etmək tövsiyə olunur.

2. Tibbi sığorta alın

Tibbi sığorta olmadan xaricə getmək böyük risk daşıyır. Hər hansı bir qəza, xəstəlik zamanı xəstəxana xərcləri ölkədən asılı olaraq çox yüksək ola bilər.

3. Valyuta məsələsini həll edin

Hava limanında valyuta dəyişdirmək adətən ən baha üsuldur. Yerli bankdan əvvəlcədən dəyişdirmək və ya beynəlxalq bank kartı ilə getmək daha sərfəlidir.

4. Oteli əvvəlcədən sifariş edin

Mövsümi turizm dövründə, xüsusilə Dubay, Türkiyə, Avropa şəhərlərinə gedərkən, oteli əvvəlcədən sifariş etmək həm daha ucuz, həm də əmin-amanlıq yaradır.

5. Müvafiq sənədlər siyahısını hazırlayın

Pasport, viza, otel rezervasiyası, sığorta polisi, bilet — bunların hamısını bir qovluqda toplayın. Rəqəmsal nüsxəsini telefona yükləyin.

34 bəyənmə
Luxury Diamond Travel

Bakıdan dünyaya — lüks səyahət agentliyimiz hər müştəriyə xüsusi yanaşma təklif edir. Hər turu peşəkar bələdçilərimiz planlaşdırır.

Oxşar yazılar

Scroll